Nour News xəbər verir ki, iranlı nüvə alimi Məhəmməd Rza Sadiqi atəşkəs qüvvəyə minməzdən əvvəl İsrailin hücumu nəticəsində həlak olub.
“Məhəmməd Rza Sadiqi atəşkəs başlamazdan əvvəl bu səhər İsrailin hücumu zamanı öldürülən nüvə alimidir”, – Telegram kanalında deyilir.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman da bəyan edib ki, son 24 saat ərzində İsrail ordusu Tehrandakı “güc mərkəzlərinə” zərbələr endirməkdə davam edib, nəticədə daha bir yüksək səviyyəli nüvə proqramı mütəxəssisi öldürülüb.
Daha əvvəl Reuters xəbər vermişdi ki, cümə günü, iyunun 13-dən bəri ən azı 14 iranlı nüvə alimi İsrailin hücumları nəticəsində həlak olub.
DOĞRU.AZ