Aİ ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb. RİA Novosti xəbər verir ki, bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir.
Sənəddə deyilir: “Müdafiə hazırlığının artırılması üzv dövlətlərdən əlavə səylər, xüsusən müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq, birlikdə daha səmərəli və daha sürətli sərmayə qoymaq tələb edəcək”.
Avropa Şurası Aİ Şurasına və Avropa Komissiyasına maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat verməyi tapşırıb.
Mənbə: RİA Novosti