image-n1karobka_ads
image-123
image-68bc331fae5ac9123724bbd6backend

Avstraliyada qadın süni intellekti öyrətdiyinə görə işini itirib

image-ad_qayo_720x110px

Avstraliyada banklardan birinin əməkdaşı təlim keçdiyi süni intellektə görə işindən olub.

Doğru.az xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, qadın 25 il kredit təşkilatında çalışıb və əsasən müştərilərə cavablarla bağlı funksiyaları yerinə yetirib.

Məlumata əsasən, ona “Bumblebee AI” üçün cavablar hazırlamaq və sınaqdan keçirmək tapşırılmışdı. Lakin süni intellektin istifadəsindən imtina edildikdən sonra qadın və bir sıra digər əməkdaşların işinə son verilib.

Sonradan süni intellektin müştəri zənglərinin öhdəsindən gələ bilmədiyi ortaya çıxıb. Buna baxmayaraq, qadına yenidən işə qayıtmaq təklifi edilsə də, o, bunu qəbul etməyib.

Qeyd edək ki, avqust ayında senator Olqa Epifanova süni intellektin Rusiyada əmək bazarına ciddi təsir göstərdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki