Avstriyanın Federal Kansleri Kristian Ştoker ölkəsinin NATO-ya üzv olmayacağını açıqlayıb.
Doğru.az xəbər verir ki, Ştoker ORF televiziyasına verdiyi müsahibədə bildirib: “Biz neytral ölkəyik, neytrallıqdan söhbət gedə bilməz, NATO-ya üzv olmaq müzakirə mövzusu deyil”.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avstriyanın isteblişmentinin NATO-ya qoşulmaq məqsədilə konstitusiya ilə təsbit olunmuş neytral statusdan imtina etmə barədə ictimai müzakirələri qızışdırdığını söyləmişdi.
Medvedev həmçinin əlavə edib ki, Avstriyanın militarist kursu ölkənin sülhməramlı imicinə zərər verir.
DOĞRU.AZ