image-n1karobka_ads
image-123
image-17216494031973614605_1200x630backend

AYNA “Dream Fest 2024” ilə bağlı xüsusi avtobuslar ayırıb

image-ad_qayo_720x110px

İyulun 23-28-də “Sea Breeze”də keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.

Doğru.az AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı Nəqliyyat Mübadilə Məntəqəsindən (Piramidanın arxası) “Sea Breeze”ə, saat 22:30-dan 02:30-dək isə Alov parkı (Koroğlu m/st şimal çıxışı)-Nərimanov parkı-Səməd Vurğun parkı marşrutu üzrə geri daşınması təmin ediləcək.

“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festivalın qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələrini tövsiyə edirik.

Qeyd edək ki, ziyarətçilər Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsində yerləşən 500-dən çox parklanma yerində nəqliyyat vasitələrini saxlayaraq yollarına avtobusla davam edə biləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki