image-2000x150px
image-123
image-ads_atlas
image-1718970099_1697025870_1697025740_1691816261_1680952760_ermeni_herbci-1backend

Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi – RƏSMİ

image-728x90px

Azərbaycan 2022-ci ilin sentyabrında öldüyü güman edilən iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib.

Doğru.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Erməni hərbçilərin cəsədlərinin qalıqlarının bu gün təhvil verildiyi bildirilir.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında 2 insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaraq götürülüb. Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş 2 Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.

“Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqini tapıb.

Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan 2 erməni hərbçinin meyit qalıqlarını Ermənistana təhvil verib”, – açıqlamada vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki