image-2000x150px
image-123
image-ads_atlas
image-bettany_hughes_341522830_759849695870376_581040023557907539_nbackend

Azərbaycan barədə sənədli filmin müəllifi Bettani Hyuz Şəkidən paylaşım etdi – FOTO

image-728x90px

Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuz (Bettany Hughes) Şəkidədir. Bu barədə o, özünün “Instagram” hesabından paylaşım edib.

“Sabahınız xeyir! Bu, gözəl xatirədir”, – deyə o bildirib.

Xatırladaq ki, Bettani Hyuz “BBC World News” telekanalında nümayiş olunan “Azərbaycan möcüzələri” ekran əsərinin müəllifidir. O, çəkilişlər üçün ötən ilin iyun ayında Azərbaycana səfər etmişdi. İki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin heyranedici tarixi, mədəni irs xəzinələri araşdırılıb və təqdim edilib.

“İpək Yolu” filmi Qobustan və Şəki, “Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki