image-2000x150px
image-123
image-ads_atlas
image-img-20231213-wa0118backend

Azərbaycan Dövlət Pantomim Teatrı Beynəlxalq Festivalda mükafat qazandı – Fotolar

image-728x90px

Doğru.az xəbər verir ki, 2023-cü il 7–12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Aytmatov və teatr” Vl Beynəlxalq Teatr Festivalı baş tutub. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iştirak edib.

Müxtəlif ölklərdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdiriblər.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Aytmatovun əsərlərinin özünəməxsus plastik interpretatsiyasına görə xüsusi mükafata layiq görülüb.

DOĞRU.AZ

image-img-20231213-wa0123

image-img-20231213-wa0119 image-img-20231213-wa0122 image-img-20231213-wa0117 image-img-20231213-wa0121

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki