image-n1karobka_ads
image-123
image-z9gg9v5uyl8jnvsjl4z5rdkhj4s7ucdbwdijepxu_640backend

Azərbaycan futbol klubu adını dəyişir

image-ad_qayo_720x110px

Azərbaycanın futbol üzrə I Liqa klubu “Mingəçevir” adını dəyişdirir.

Prosport.Az-ın xəbərinə görə, klub növbəti mövsümdən əvvəlki adına qovuşmaq istəyir.

Bu səbəbdən də “Mingəçevir” klubu yeni mövsümdən “Kür-Nur” adı ilə çıxış edəcək. Artıq bunun üçün iyun ayından sənədləşmə işlərinə başlanılacaq.

Qeyd edək ki, klubun yeni loqosunda yarandığı il kimi daha 2022-ci il yox, 1966-cı il göstəriləcək. Həmin il Mingəçevir Tekstil Zavodunun himayəsində olan “Tekstilşik” klubu fəaliyyət göstərib və 2 dəfə SSRİ Kubokunda mübarizə aparıb. Məhz “Mingəçevir”dən öncə I Liqada mübarizə aparmış “Energetik” klubu da loqosunda bu ildən yararlandığını qeyd etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki