image-n1karobka_ads
image-123
image-17659572094448651975_1200x630backend

Azərbaycan Kino Agentliyi 2026-cı ildə dörd kino müsabiqəsi keçirəcək

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ölkədə kino sənayesinin inkişafını dəstəkləmək məqsədilə 2026-cı ildə dörd müsabiqənin təşkil olunacağını açıqlayıb.

Doğru.az xəbər verir ki, məlumatı Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli verib. O bildirib ki, müsabiqələr maliyyə vəsaitlərinin istehsalçı şirkətlərə şəffaf və ədalətli şəkildə ötürülməsini təmin edəcək.

Turan Məmmədli qeyd edib ki, müsabiqələrə post-prodakşn mərhələsində olan layihələr, dövlət dəstəyi ilə və dövlət sifarişi əsasında istehsal ediləcək film layihələri, eləcə də müştərək istehsal olunan layihələr daxildir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki