image-2000x150px
image-123
image-ads_atlas
image-17188971473449628573_1200x630-1backend

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiya şirkətinin məhsulları ilə tanış olub

image-728x90px

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.

Bu barədə Doğru.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Yugoimport SDPR” şirkətini ziyarət edib.

Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sonra “Rastko Nemanyiç” hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub. Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib.

General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki