image-n1karobka_ads
image-123
image-1backend

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı (NAYORA) ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində və 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror əməliyyatlarında qazandığımız uğurdan, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Tədbirlər çərçivəsində həm panel müzakirə, həm də gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə yürüş baş tutub.

Azərbaycan Respublikası Pedaqoji Universitetində gənclər və gənclər təşkilatlarının nümayəndələri ilə birgə “Qarabağ: Qəhrəmanlarının Dastanı” adlı keçirilən panel müzakirəsində ilk olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Müzakirədə qazilər Vətən müharibəsində keçdikləri döyüş yolu barədə öz təəssüratlarını bölüşüb və gənclərə Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib. Panel müzakirəsində informasiya müharibəsində gənclərin rolu və onların fəal iştirakı mövzusuna toxunulub.Gənclərin sosial mediada və informasiya cəbhəsində vətənpərvərlik ruhunu təbliğ etməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərin davamı olaraq 2000-dən çox gəncin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə İkinci Fəxri Xiyaban ziyarət edilərək şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin milli şüurunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir.

DOĞRU.AZ

image-11 image-189a0644 image-189a0991-copy image-189a1022-copy image-6 image-10 image-189a0607 image-189a0985-copy image-189a1000 image-5 image-9

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki