image-2000x150px
image-123
image-ads_atlas
image-1718174317474651697_1200x630backend

Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb – FOTO

image-728x90px

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iki ölkənin mədəniyyət nazirləri Ozodbek Nazarbekov ilə Adil Kərimli arasında görüş olub.

Mədəniyyət Nazirliyindən Doğru.az-a bildirilib ki, Özbəkistan Forumlar Sarayında gerçəkləşən görüşdə azərbaycanlı həmkarını salamlayan Ozodbek Nazarbekov Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini yenidən ölkəsində görməkdən məmnunluğunu bildirən nazir özbək xalqının Azərbaycan mədəniyyətinə həmişə sevgi və rəğbət bəslədiyini deyib.

İkitərəfli görüşə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli ölkəmizdən incəsənət ustalarının Özbəkistana böyük sevgi və həvəslə gəldiklərini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan mədəniyyət nazirinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilməsi qardaş ölkənin dövlət başçısının Azərbaycanla münasibətlərə böyük diqqət yetirməsinin və mədəniyyətimizə olan rəğbətinin parlaq təzahürüdür. Bildirilib ki, görüş zamanı Özbəkistan Prezidenti tərəfindən birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, görkəmli özbək və Azərbaycan şairləri Əlişir Nəvai və Məhəmməd Füzuliyə həsr olunan filmin çəkilməsi ilə bağlı təklif səsləndirilib.

Nazirlərin görüşündə dövlət başçısının bu təklifi ilə bağlı müzakirə aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.

DOĞRU.AZ

image-17181743174035019557_1200x630  image-1718174317502241910_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki