image-2000x150px
image-123
image-ads_atlas
image-1717753451194267097_1200x630backend

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb – FOTO/VİDEO

image-728x90px

İyunun 7-də Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət Himnləri səsləndirilib. Protokola əsasən, general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Zakir Həsənov qazaxıstanlı həmkarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik R.Jaksılıkov səmimi qəbula görə azərbaycanlı həmkarına öz minnətdarlığını bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə dəvət edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan ilə Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

DOĞRU.AZ

image-17177534515659258825_1200x630 image-17177534513011960235_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki