44 günlük müharibənin Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatması 10 dekabrda baş tutan Azərbaycanın Qələbə Paradı ilə qeyd olundu. Bu gün Bakının Azadlıq meydanı təyin olunmuş vaxta tam hazır vəziyyətə gətirildi.
Azadlıq meydanına paytax və rayonlarımızdan üz tutmuş insanlar qələbə sevincini çoşqu ilə qeyd etmək üçün bir daha Ali Baş Komandan İlham Əliyevin və şanlı ordumuzun yanında olduqlarını, dəmir yumuruq kimi birləşdiklərini sübut etdilər.Yol boyunca sırala ilə düzülmüş qələbə ruhlu vətəndaşların sevinc əzmini gözlərindən oxumaq olurdu.
Qələbə Paradı zamanı maraqlı anlardan biri də o, idi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın maşın karvanları tədbir iştirakçılarının yanından hərəkət edərək Azadlıq meydanına doğru yön aldı. Bu da onu deməyə əsas verir ki, Azərbaycan xalqı həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmdə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana məhəbbət və inamları bitib-tükənməz və sonsuzdur.
Doğru.az-da tarixə düşən hər iki ölkənin prezideəntlərinin maşın karvanlarını öz kadlarına köçürməyi bacardı.
































