image-ads_n1karobka_mobile
image-snko5aafoaihu0f1jf4npbrxbhwzdvhieb1iitji_1200backend

Azərbaycanda tanınmış professor vəfat edib

image-add-a-heading

Neftçi-alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bağır Süleymanov vəfat edib.

Doğru.az Oxu.Az istinadən xəbər verilir ki, o, ötən gün 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Süleymanov 2014-cü ildə AMEA-nın Yer elmləri bölməsinin “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə akademiyanın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. O, 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, iki monoqrafiyanın və dörd dərsliyin müəllifi olub.

DOĞRU.AZ

image-75ak6qcozshxzmkaeuc6gxpbijycjgqtpn1wwo5e_640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki