Uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş Əməkdar müəllim Püstə Tahir qızı Mehdiyeva vəfat edib.
Doğru.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü liseydə çalışan, son dövrlərdə isə fəaliyyətini Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə davam etdirən Əməkdar müəllim Püstə Tahir qızı Mehdiyeva dünyasını dəyişib.
Bildirilir ki, bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəb məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
DOĞRU.AZ





























