Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.
Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.
DOĞRU.AZ