Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində təqdim edilib.
Doğru.az xəbər verir ki, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.
Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub. Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm imkanları haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfər edənlərin sayı 2024-cü illə müqayisədə 6% artıb, bu da ölkəmizin turizm sektorunun inkişafını göstərir.
DOĞRU.AZ





























