image-2000x150px
image-123
image-ads_atlas
image-453584851_0_450_720_855_1920x0_80_0_0_d3b21969608c86f639a5b57c328c7db0backend

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir – FOTO

image-728x90px

Xalq artisti Yusif Eyvazov “Facebook” hesabında sosial media izləyicilərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib.

Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib.

“Əziz dostlar, diqqət, saxta hesab! Bu yaxınlarda mənim adımdan kimlərəsə mesaj göndərildiyi ilə bağlı məlumat aldım. Bu hesabdan dost dəvəti və ya mesajı alsanız, onu dərhal bloklayın” – deyə o vurğulayıb.

Qeyd edək ki, Y.Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktorudur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki