image-ads_n1karobka_mobile
image-hqdefaultbackend

Bacısından Aygün Bəylərin dəfni ilə bağlı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

Xanəndənin bacısı Zümrüd Hümbətova Axşam.az-a açıqlamasında bildirib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib:

“Gözləyirik, hələ bilmirik vida mərasimi harada olacaq. Biz onu Suraxanıda dəfn etməyi düşünürük. Bizə çox çətindir. Aygün xalqın sənətkarı idi, amma bizim əzizimizdir”.

Qeyd edək ki, A.Bəylər uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

DOĞRU AZ

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki