image-n1karobka_ads
image-123
image-17646756264874039954_1200x630backend

Bakı Beynəlxalq Film Festivalı dekabrda keçiriləcək

image-ad_qayo_720x110px

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Film Festivalının 16-cı buraxılışı bu il Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” çərçivəsində baş tutacaq.

Doğru.az xəbər verir ki, festivalın açılışı dekabrın 5-də Nizami Kino Mərkəzində olacaq.

Festival çərçivəsində 34 ölkəni təmsil edən 78 film beş gün ərzində nümayiş olunacaq və filmlərə giriş sərbəstdir. Ötən ildən festival tammetrajlı filmlərin müsabiqəsini də elan edib. Dörd müsabiqə proqramında iştirak edən filmlər ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Yerli müsabiqədə 16 qısametrajlı bədii və sənədli, eləcə də 5 tələbə filmi yarışacaq. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşılar seçiləcək. Festivalın bağlanış və mükafatlandırma mərasimi dekabrın 9-da keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki