image-n1karobka_ads
image-123
image-screenshot_20251123_154837_gallerybackend

“Bakı Fairmont Hotel”də fobiyaların aradan qaldırılması üzrə təlim keçirilib – FOTO

image-ad_qayo_720x110px

Noyabrın 22-də “Bakı Fairmont Hotel”də Klinik psixoloq-konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova və BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu, psixoloq Fatimə Cəfərova tərəfindən “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” mövzusunda nəzəri-praktik təlim keçirilib.

Doğru.az xəbər verir ki, tədbiri açılış nitqi ilə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri dr. Səxavət Əliyeva açıb. O, psixologiya elminin əhəmiyyətini vurğulayaraq fobiyalarla bağlı məsələlərə diqqət çəkib.

Təlimdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev də iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar tədbirin mahiyyətini yüksək qiymətləndiriblər.

Sonra təlim interaktiv şəkildə davam edib və iştirakçılara fobiyaların səbəbləri, onların aradan qaldırılması üsulları barədə praktiki tövsiyələr verilib.

DOĞRU.AZ

image-foto-1-300x200 image-foto-2-300x200 image-foto-2-300x200 image-foto-3-300x200 image-foto-3-300x200 image-foto-4-300x200 image-foto-5-300x200 image-foto-6-300x200 image-foto-7-300x200 image-foto-8-300x200 image-foto-9-300x225

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki