image-n1karobka_ads
image-123
image-686f918eae5ac9302c570aadbackend

Bakı ilə İrəvanın dialoqunu alqışlayırıq – Peskovdan açıqlama

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BƏƏ-də keçirilən Azərbaycan-Ermənistan sammitinə münasibət bildirib. O, Kremlin belə bir birbaşa dialoqu müsbət qiymətləndirdiyini deyib.

“Əlbəttə, biz belə birbaşa dialoq faktını alqışlayırıq. Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını dəstəkləyir”, – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki