image-2000x150px
image-123
image-ads_atlas
image-gurcustan-yolubackend

Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

image-728x90px

Bakı-Ələ­t-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 3 iyun saat 10:00-dan 18:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Doğru.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.

“Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki