image-n1karobka_ads
image-123
image-17593090953089264118_1200x630backend

Bakı Uşaq və Gənclər Teatrı Lənkəranda

image-ad_qayo_720x110px

Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektivin ilk səfəri Lənkəran Dövlət Dram Teatrına olub.

Doğru.az xəbər verir ki, tədbirin aparıcıları – aktyorlar Mehman Piriyev və Səyad Əliyev uşaqları salamlayaraq onlara teatrın tarixi, fəaliyyəti və gələcək planları barədə məlumat veriblər. Daha sonra səhnəyə Lənkəran Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, eləcə də Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, respublikanın Əməkdar artisti İntiqam Soltan dəvət olunub.

Qeyd edilib ki, Bakı Uşaq və Gənclər Teatrı hər zaman kiçikyaşlı tamaşaçılarını düşünərək onların asudə vaxtlarını mənalı keçirməsi və mənən zənginləşməsi üçün dəyərli tamaşalar təqdim edir.

Daha sonra Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimova balacalar üçün şən mahnılar ifa edib. Ardınca “Ağıllı tülkü”, “Danışan gəlincik”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və “Sevgi şimşəyi” tamaşalarından parçalar nümayiş olunub. Balacalar göstərilən səhnəcikləri böyük sevinc və maraqla izləyiblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki