image-ads_n1karobka_mobile
image-images-1backend

Bakıda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nizami rayonu, Heydər Əliyev prospekti, 110 ünvanının qarşısında Bakı şəhər sakini 1986-cı il təvəllüdlü İlkin Natiq oğlu Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ağdam rayon sakini 1960-cı il təvəllüdlü Şəfiqə Şahmar qızı Cəfərovanı vurub.

Piyada həmin avtomobilin sürücüsü tərəfindən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki