image-n1karobka_ads
image-123
image-17669884821321041097_1200x630backend

Bakıda bütün avtobus marşrutlarında NFC və mobil ödəniş sistemi aktivləşdirilib

image-ad_qayo_720x110px

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, həmçinin “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib.

Doğru.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, yeni sistem çərçivəsində tətbiq olunan əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Belə ki, hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim olunur və mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş sayının artırılması planlaşdırılır.

Bildirilib ki, yeni sistem sərnişinlərə əlavə üstünlüklər yaradır. Artıq nağd pul və ya fiziki “BakıKart” daşımağa ehtiyac qalmır. Telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr ərzində ödəniş etmək mümkündür. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Qeyd edək ki, avtobuslarda ödəniş zamanı yalnız NFC dəstəkli yerli bank kartları, eləcə də smartfon və fiziki kartlardan istifadə edilə bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki