image-n1karobka_ads
image-123
image-oplus_16908288backend

Bakıda Misirli uşaqların əl işləri sərgiləndi – FOTO

Bakıda Misir mədəniyyətinə həsr olunmuş maraqlı sərgi keçirilib.

Doğru.az xəbər verir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil olunan sərgidə 8-12 yaş arası misirli uşaqların rəsm əsərləri nümayiş olunub.

Balaca rəssamların fırçasından çıxan 67 müxtəlif mövzulu əl işi tədbir iştirakçılarında maraq doğurub. Sərgidə təbiət, gündəlik həyat və fantaziya aləmini əks etdirən rəsmlər yer alıb. Bu layihə vasitəsilə Misirdəki gənc istedadların yaradıcılıq bacarığı və təsviri sənətə baxış tərzi azərbaycanlı tamaşaçılara təqdim olunub.

Sərginin açılış mərasimində Misir səfirliyinin nümayəndələri, yerli mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyətin fəal üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər iki ölkə arasında mədəni körpülərin qurulmasının əhəmiyyətindən danışıblar.

Bu cür layihələr Azərbaycan və Misir arasında mədəni əməkdaşlığın dərinləşməsinə və gənc nəslin yaradıcı potensialının stimullaşdırılmasına xidmət edir.

DOĞRU.AZ

image-img_0726 image-img_0692 image-img_0724 image-img_0727

image-oplus_16908288

image-img_0661

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki