image-n1karobka_ads
image-123
image-17214592612089727571_1200x630backend

Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək

image-ad_qayo_720x110px

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə iyulun 20-dən 23-dək ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, bu münasibətlə Bakıda təşkil olunacaq tədbirlərdə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Bu gün Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi olacaq. Mərasimdə “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunacaq. Kinosevərlər iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər. İyulun 23-də saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi göstəriləcək.

Seanslara giriş sərbəstdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki