image-ads_n1karobka_mobile
image-1777390714_adsiz-tasarim-70backend

Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi – TƏFƏRRÜAT

Bakıda qətl hadisəsi törədilib.

Doğru.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti, Ş.Mirzəyev küçəsində baş verib.

Prospekt ərazisindəki obyektlərdən birində dörd nəfər birlikdə yeyib-içiblər. Daha sonra həmin şəxslər arasında gərginlik yaranıb. Onlar küçəyə çıxaraq mübahisəni davam etdiriblər. Bu zaman Kamran Əhmədovla dostu Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Nəticədə E.Əmirbəyov hadisə yerində ölüb, K.Əhmədov isə ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki