Milli Hidrometeorologiya Xidməti yanvarın 4-də Bakıda, Abşeron yarımadasında və bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.
Doğru.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı və Qobustanda qərb küləyi əsəcək.
Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Xidmətdən əhaliyə xəbərdarlıq olunur ki, küləkli havada diqqətli olsunlar və ehtiyat tədbirləri görsünlər.
DOĞRU.AZ




























