image-ads_n1karobka_mobile
image-69f112c1c3de069f112c1c3de1177740665769f112c1c3dde69f112c1c3ddfbackend

Bakının mərkəzində yanğın, bir nəfərin ölümü – VİDEO

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki yaşayış binasında baş verən yanğınla bağlı zəng daxil olub.

Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik hərəkətləri sayəsində beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilin mətbəxində baş verən yanğın qısa müddətdə lokallaşdırılıb və söndürülüb, onun digər otaqlara yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 50 kvadratmetr olan iki otaqlı mənzilin mətbəxində baş verən yanğın nəticəsində mətbəx şkafı və soba yanıb.

Yanğınsöndürənlər binanın girişində mənzil sahibi, 1939-cu il təvəllüdlü Ayla Ağahəsən qızı Əliyevanın cəsədini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Mənzilin əksər hissəsi, eləcə də qonşu mənzillər yanğından xilas edilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki