image-n1karobka_ads
image-123
image-66856d40ae5ac933ca21e017backend

Baş Konsulluq: Antalyada yol qəzasında yaralanan 7 rusiyalı xəstəxanada qalır

Türkiyənin Antalya vilayətində avtobusun qəzaya uğraması nəticəsində yaralanan 7 rusiyalı xəstəxanada qalır.

Bu barədə RT-yə Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat verib.

“Moskva vaxtı ilə saat 17:00-a olan məlumata görə, 7 rusiyalı xəstəxanada qalır. Onlara lazımi tibbi yardım göstərilir”, – məlumatda deyilir.

Zərərçəkənlərdən birinin ağır bədən xəsarətləri aldığı bildirilir.

Bundan əvvəl Rusiya Turoperatorları Assosiasiyası (ATOR)  Antalyada baş vermiş qəza nəticəsində turistlər arasında itkilərin olmadığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki