image-2000x150px
image-123
image-ads_atlas
image-8f01ac2d-3705-3773-8eff-03e1f753491d_850backend

Bayden İraqın Baş nazirinə Bağdaddakı vəziyyətlə bağlı kömək təklif edib

image-728x90px

ABŞ Prezidenti Cozef Bayden İraqın Baş naziri Mustafa Əl-Kazimi ilə Bağdadda vəziyyətin gərginləşməsini müzakirə edib və ona münaqişənin gərginləşməsinin qarşısının alınmasında kömək təklif edib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Prezident və Baş nazir küçələrdə asayişin bərpasını alqışlayıb və İraqdakı bütün qüvvələrin rəhbərlərini milli dialoqa çağırıb”, – məlumatda vurğulanır.

Mətbuat xidmətindən qeyd edilib ki, söhbət zamanı Bayden əl-Kazıminin rəhbərliyini və münaqişənin gərginləşməsi zamanı İraq təhlükəsizlik qüvvələrinin hərəkətlərini yüksək qiymətləndirib, həmçinin toqquşmalarda həlak olanların ailələrinə başsağlığı verib.

“Bayden dialoq və diplomatiya yolu ilə əl-Kazıminin bölgədəki gərginliyi azaltmaq səylərinə tam dəstək verməyi təklif edib. Liderlər yaxın həftələrdə əlaqə saxlamağa razılaşıblar”, – Ağ Ev əlavə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki