ABŞ-ın keçmiş prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Donald Trampın Ağ Evə qayıtmasında özünü məsuliyyətli hesab etdiyini bildirib.
“Çünki baxın, mən əsas idim, o da qalib gəldi. Deməli, başa düşdüyünüz kimi, mən məsuliyyəti öz üzərimə götürürəm”, – keçmiş siyasətçi deyib.
O, həmçinin keçmiş vitse-prezident Kəmalə Harrisin 2024-cü il prezident seçkilərində məğlub olmasının səbəblərindən birinin onun amerikalılar tərəfindən üzləşdiyi cinsiyyətçilik və irqçiliklə bağlı olduğu fikrini bildirib.
DOĞRU.AZ