ABŞ-ın hazırkı prezidenti Co Bayden və keçmiş dövlət başçısı Donald Tramp Nyu York ştatında Demokratlar və Respublikaçıların keçirdiyi partiyadaxili seçkilərdə qalib gəlir.
Hazırda Bayden 92,2% (işlənmiş səslərin 19%-i) və Tramp 79,1%-lə (işlənmiş bülletenlərin 10%-i) liderdir.
Bundan əvvəl Tramp Ali Məhkəməyə məktub yazıb və ondan 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ittihamlarına qarşı mütləq toxunulmazlığa malik olmasını tələb edib.
Mənbə: CNN Türk