image-2000x150px
image-123
image-ads_atlas
image-baydenbackend

Baydendən KRİTİK BƏYANAT: “Məni səhv başa düşməyin, Ukraynanın…”

image-728x90px

ABŞ Ukrayna ilə bağlı hazırkı kursdan əl çəkmək niyyətində deyil və müttəfiqləri ilə birlikdə NATO ərazisini müdafiə etməyə hazırdır.

Bu barədə ABŞ prezidenti Co Baydenin çıxışına istinadla xəbər verir .

“Biz hazırkı kursa sadiq qalacağıq. Biz Ukraynanın özünü, ərazisini və azadlığını, o cümlədən əlavə resursları müdafiə edə bilməsi üçün hərbi texnika tədarükünü davam etdirmək niyyətindəyik”, – prezident bildirib.

Bayden Konqresin Ukraynaya özünü müdafiə etmək və düşməni dəf etmək üçün ona verəcəyi 13 milyard dolları nəzərdə tutur.

“Birləşmiş Ştatlar NATO-dakı müttəfiqlərimizlə birlikdə NATO ərazisinin hər qarışını müdafiə etməyə tam hazırdır. Məni səhv başa düşməyin”, – Bayden əlavə edib.

Xatırladaq ki, ABŞ ərazilərinin ilhaqına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki