ABŞ prezidenti Co Baydenin özü “bir neçə suala” cavab verməyi təklif etdikdən sonra köməkçiləri israrla jurnalistləri ondan uzaqlaşdırıblar.
İnsident Miçiqan ştatında Ağ Evin rəhbərinin təkrar seçki kampaniyası çərçivəsində baş verib. Sosial mediada yayımlanan videolarda Baydenin Saginawda tərəfdarları ilə danışdığı və suallara cavab verməyə hazır olduğunu dediyi əks olunub.
Bundan sonra onun köməkçiləri jurnalistləri fəal şəkildə kənara itələməyə və əllərini yelləyərək məkanı tərk etməyi tələb etməyə başlayıblar. Baydenin əvvəlki kampaniya bəyanatları artıq mübahisələrə səbəb olub.
Mənbə: CNN