21 sentyabr Ermənistanın “müstəqillik” günü ilə bağlı işğalçı ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan maraqlı açıqlamalar verib.
Keçmiş müdafiə naziri bildirib ki, erməni xalqı müstəqillik gününü yalnız 28 il qeyd edə bilib:
“Yalnız 28 il… Sonra Qarabağda savaş başladı, ardınca növbəti döyüşlər oldu. Xalq hazırkı hakimiyyətin yarıtmaz fəaliyyətləri və silsilə məğlubiyyətləri ucbatından bayram əhval-ruhiyyəsində deyil. Ümumiyyətlə, ölkədə bayram ab-havası hiss olunmur”.

























