image-n1karobka_ads
image-123
image-ap22151419859175-pic_32ratio_1200x800-1200x800-19302backend

Belçikanın baş naziri Rusiya və Belarus məhsullarına tətbiq edilən tariflərdən danışıb

image-ad_qayo_720x110px

Avropa İttifaqı ölkələrinin liderləri cümə günü, martın 22-də Rusiya və Belarusun kənd təsərrüfatı məhsullarına tariflərin tətbiqini müzakirə etməyi planlaşdırırlar. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Aleksandr de Kro deyib.

“Rusiya və Belarus taxılına tariflər, Ukrayna taxılı ilə bağlı problemlər – liderlər bunu sabah müzakirə edəcəklər”, – De Kro sammitin birinci günündən sonra keçirilən brifinqdə deyib.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Avropa İttifaqının sammitində Rusiyadan, eləcə də Belarusdan gələn kənd təsərrüfatı məhsullarına tariflərin artırılması barədə qərar qəbul edilib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki