image-2000x150px
image-123
image-ads_atlas
image-almaniyabackend

Berlinin Kiyevə ötürdüyü silah-sursatın dəyəri açıqlandı

image-728x90px

Almaniya hakimiyyəti 2022-ci ilin ilk üç rübü ərzində Ukraynaya 775 milyon avro dəyərində hərbi məhsulların tədarükü üçün icazə verib.

Bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, Almaniyanın hərbi ixracının təxminən 1,5 milyard avroluq hissəsi və ya verilmiş ümumi icazələrin 26,7%-i NATO üzvü olmayan ölkələrin payına düşür.

Almaniya Ukraynanı “Mars” reaktiv yaylım atəş sistemləri, “Panzerhaubitze 2000” özüyeriyən haubitsaları və “Gepard” özüyeriyən zenit qurğuları ilə təchiz edib.

Avqust ayında Almaniya Ukrayna üçün silah çatışmazlığını elan edib. Sentyabrda bunu Almaniya Silahlı Qüvvələr İttifaqı da təsdiqləyib.

Ukrayna Prezidenti Vladimir Zelenski AFR hakimiyyətinin mövqeyini tənqid edib. “Politico” yazır ki, qışın gəlməsi ilə Kiyev hava hücumundan müdafiə sistemini gücləndirmək istəyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki