image-ads_n1karobka_mobile
image-1725276809522131901_1200x630backend

Beynəlxalq Sənaye İncəsənəti Festivalı Rus Dram Teatrının tamaşası ilə açılacaq

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı “Böyük qastrollar” proqramı çərçivəsində ilk dəfə Rusiyaya yollanır.

Doğru.az  Ümumrusiya Qastrol və Konsert Planının rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 3-dən 8-dək Novokuznetsk Dram Teatrının və A.V.Lunaçarski adına Kuzbass Dram Teatrının səhnələrində Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin quruluşunda “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və “Albalı bağı” tamaşalarını nümayiş etdiriləcək.

Bu il 104 yaşı tamam olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Novokuznetskdə “Okna – 2024” Beynəlxalq Sənaye İncəsənəti Festivalının təntənəli açılışında qonaq qismində iştirak edəcək və öz repertuarındakı ən möhtəşəm tamaşalarından birini – “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”u göstərəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki