image-n1karobka_ads
image-123
image-1765808656812913252_1200x630backend

Biləsuvarda qadın qəsdən öldürülüb

image-ad_qayo_720x110px

Biləsuvar Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin birgə əməliyyatı nəticəsində İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.

Doğru.az xəbər verir ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq bu il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürdükləri müəyyən olunub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Qasım Həsənov və Gülbəniz Həsənzadə saxlanılıb, istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki