image-2000x150px
image-123
image-ads_atlas
image-1660790497_mellim-usaqlar1backend

Bilik Günündə müəllimlərə hədiyyə əvəzinə, xəstə şagirdlərə kömək etmək təklif edildi…

image-728x90px
Dağıstan Respublikasının “İnsan” Fondu bu il növbəti dəfə “Çiçək əvəzinə uşaqlar” kampaniyasına start verir ki, bu kampaniya çərçivəsində toplanacaq vəsait xərçəngli uşaqların müalicəsinə yönəldiləcək.

 

“Biz bütün məktəb kollektivlərini birləşməyə və tədris ilini tibb mərkəzlərinin divarları arasında  keçirən uşaqlara kömək etməyə dəvət edirik”, – “İnsan” Fondunun mətbuat xidmətinin çağırışında belə deyilir.
Aksiyanın mahiyyəti Bilik Günündə sinif rəhbərinə hər şagirddən deyil, sinif adından bir ümumi gül dəstəsi verməkdir ki, qənaət edilən vəsait ağır xəstə uşaqların ehtiyaclarına yönəldilsin.
Xəbərdə deyilir ki, “İnsan” fondu xərçəng də daxil olmaqla ağır diaqnozu olan onlarla uşağa qayğı göstərir. Onların bir çoxu hətta parta arxasında oturmaq arzusundadır, lakin hələlik vaxtlarının çoxunu xəstəxanada keçirməyə məcburdurlar…
“Çiçək əvəzinə uşaqlar” aksiyası – hər il keçirilən federal layihədir. Onun məqsədi məktəblilər də daxil olmaqla, xeyriyyəçilik mədəniyyətini inkişaf etdirməkdir ki, uşaqlar erkən yaşlarından empatiya və həssaslığın vacibliyini başa düşsünlər…
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki