ABŞ-ın keçmiş prezidenti Bill Klinton Ağ Evdə işlədiyi müddətdə Rusiyanı ABŞ-ın tərəfdaşına çevirmək üçün əlindən gələni etdiyini deyib. O, bu barədə Praqada Çexiyanın NATO-ya üzv olmasının 25-ci ildönümünə həsr olunmuş “Təhlükəsizliyimiz təmin olunmur” beynəlxalq konfransında bildirib.
“Biz uğursuz olduq, Rusiya başqa istiqamətə getdi, lakin düzgün olanı etməyə çalışmaq vacibdir”, o vurğulayıb.
Amerika prezidentinin sözlərinə görə, o, Rusiya ilə yaxınlaşma səylərinə görə peşman deyil. Bu cür səylərə misal olaraq Klinton 1997-ci ildə imzalanmış Rusiya-NATO-nun təsis aktını xatırladıb.
Mənbə: A Haber