image-n1karobka_ads
image-123
image-screenshot_20240917_122907_chromebackend

BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilən “BİRLİK” Regional Festivallar seriyası uğurla yekunlaşıb.

“BİRLİK” Festivalları Sabirabad, Mingəçevir, Quba, Gəncə və Ağstafa şəhərlərində keçirilib və ümumilikdə 5000-dən çox gənc milli dəyərlər ətrafında bir araya gəliblər.

Festival çərçivəsində hər bir regionda tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərində xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra gənclər təşkilatlarının nümayəndələri qurulan stendlərdə öz təşkilatlarını və həyata keçirdikləri layihələr haqqında məlumat veriblər. Stendlərdə gənclərin marağını cəlb edən müxtəlif yarışma və müsabiqələr təşkil olunub, qaliblərə hədiyyə və promo məhsullar təqdim edilib.

Proqram əsasən sərginin sonunda hər bir regionda açıq hava konsertləri təşkil edilib. Müxtəlif gənc ifaçılar səhnə alaraq təqdim etdikləri ifalarla iştirakçılara xoş anlar yaşadıblar.

Bu festivallar gənclərin milli dəyərlərə sadiqliyini artırmaq və onların birliyini gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb etib.

DOĞRU.AZ

image-screenshot_20240917_122912_chrome image-6 image-2 image-screenshot_20240917_122841_chrome image-screenshot_20240917_122847_chrome image-screenshot_20240917_122853_chrome image-screenshot_20240917_122901_chrome

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki