Dünən tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin əziz xatirəsinə həsr olunmuş “Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə mərhumun ailə üzvləri, şəhid ailələri, tanınmış din xadimləri – Seyid Ağarəşid Talıbov, Hacı Cavid Pənahlı, ziyalılar – Mail Yaqub, Jalə Əhmədova, Xalidə Bayramova, əməkdar artist Aybəniz Haşımova və Hacı Şahin sevərləri iştirak ediblər.
Tədbirin aparıcısı telejurnalist Tural Müseyibov olub. O, Hacı Şahinin mənəvi irsindən danışaraq onun gənclərə və cəmiyyətə təsirindən söz açıb.
Mərasimdə çıxış edənlər Hacı Şahinin həm dini sahədə, həm də ictimai həyatda oynadığı roldan, onun xalqla qurduğu səmimi münasibətlərdən bəhs ediblər. Tədbir boyu duyğusal anlar yaşanıb, yadda qalan fikirlər səsləndirilib.
Sonda “Biz Görüşəcəyik 2” sənədli filmi təqdim olunub. Filmdə Hacı Şahinin dini və ictimai fəaliyyəti, şəhid ailələri və yaxınlarının xatirələri yer alıb.
Qeyd edək ki, ekran işinin müəllifi jurnalist İradə Nurəddinqızıdır.
DOĞRU.AZ