image-2000x150px
image-123
image-ads_atlas
image-boeing_batabilir_1552619083_8892backend

“Boeing” qəzaya görə təzminat ödəyəcək

image-728x90px

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” aviaşirkəti investorlara 200 milyon dollar ödəyəcək.

  “Boeing” şirkəti “737 MAX” təyyarəsi ilə bağlı investorları çaşdırdığı iddiası ilə razılaşıb.

Şirkət ittihamları qəbul edərək investorlara 200 milyon dollar ödəyəcək.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) verdiyi açıqlamada şirkət və onun keçmiş direktoru Dennis A. Muilenburqun 2018 və 2019-cu illərdə “Boeing” təyyarələrinin qəzaya uğramasından sonra ictimaiyyəti çaşdıran açıqlamalar verməkdə günahlandırıldığı bildirilib.

Açıqlamada qeyd edilib ki, “Boeing” şirkəti və cənab Muilenburq ilk qəzadan sonra təyyarənin təhlükəsizliyi ilə bağlı davamlı problemin olduğunu bilsələr də, “737 MAX” təyyarəsinin “hər hansı uçan təyyarə kimi təhlükəsiz olduğuna” zəmanət veriblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki