Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı il Olimpiya Oyunları üçün qeyri-ixtisaslaşdırılmış Rusiya KİV nümayəndələrinə akkreditasiyadan imtina edib.
Bu barədə TASS məlumat yayıb. Eyni zamanda, komitə payızda qərara yenidən baxa biləcəklərini qeyd edib.
Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları Milanda və Kortina d’Ampezzoda keçiriləcək. Rusiya idmançılarının iştirakı ilə bağlı qərar turnirin başlanmasına qədər açıqlanacaq.
Bundan əvvəl İrina Rodnina idmançıların 2026-cı il Olimpiadasına getmək şanslarını dəyərləndirib.
DOĞRU.AZ